Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 14 Mar 2024 23:55
Türkiyə təmsilçisi "Fənərbaxça" doğma azarkeşləri önündə Belçikanın “Yunion Sent-Julliaz” kollektivini qəbul edib.
APA xəbər verir ki, ilk görüşdə 3:0 hesablı qələbə qazanan Türkiyə təmsilçisi İstanbuldakı cavab oyununda 0:1 hesabı ilə məğlub olub.
Qonaq komandadan Matias Rasmussen oyunun 68-ci dəqiqəsində komandasına qələbə gətirən qolu vurub.
Buna baxmayaraq, iki oyunun nəticəsinə əsasən “Fənərbaxça” klubu UEFA Konfrans Liqasının 1/4 final mərhələsinə adlaya bilib.