Bazar ertəsi, 20 Aprel, 2026
Tarix: 20 Apr 2026 17:42
Laçın rayonunun Zabux, Ağdərə rayonunun Həsənriz kəndlərinin və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb.
Bu barədə "APA-Economics"ə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, Zabux kəndi üzrə 62 nəfər tərəfindən 8 kooperativ, Həsənriz kəndi üzrə 37 nəfər tərəfindən 4 və Qırmızı Bazar qəsəbəsi üzrə isə 8 nəfər tərəfindən 2 ailə kəndli təsərrüfatları formalaşdırılıb. İlk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlər və ailə kəndli təsərrüfatlarında birləşmiş kənd sakinləri arasında icarə müqavilələri imzalanıb.
Əşrəf Mehdiyev torpaq icarə