Braziliyalı triatlonçu ABŞ-da yarış zamanı boğularaq ölüb

Tarix: 21 Apr 2026 02:37

Braziliyalı idmançı Mara Flaviya Araujo ABŞ-ın Texas ştatında keçirilən “Ironman” triatlon yarışı zamanı boğularaq həyatını itirib.

“CNN Brasil”in məlumatına görə, hadisə yarışın üzgüçülük mərhələsi zamanı baş verib.

38 yaşlı idmançı 10 ildən artıq idi triatlonla məşğul olurdu. O, eyni zamanda televiziya sahəsində çalışıb və sosial media üzrə məsləhətçi kimi fəaliyyət göstərirdi.

Hadisənin dəqiq səbəbi hələ rəsmi olaraq təsdiqlənməyib.

ABŞ idman hadisə

Xəbər Lenti