Çərşənbə axşamı, 21 Aprel, 2026
Tarix: 21 Apr 2026 08:46
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,37% azalaraq 4 811,16 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti isə 1,31% azalaraq 78,987 ABŞ dolları təşkil edib.
Emil İsmayılov COMEX qızıl gümüş