Çərşənbə axşamı, 21 Aprel, 2026
Tarix: 21 Apr 2026 10:06
Yaxın Şərqdəki müharibə nəticəsində yaranan böhran xüsusilə Avropanın enerji təchizat zəncirində ciddi boşluqlar yaradıb və aviasiya yanacağı seqmentində riskləri artırıb.
Bu barədə Türkiyənin “Dünya” qazeti Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birola istinadən xəbər verir.
O xatırladıb ki, əvvəllər Avropa aviasiya yanacağı tələbatının 75%-ni Yaxın Şərqdən qarşılayırdı, lakin indi tədarük marşrutları Nigeriya və ABŞ-a yönəlib.
Təchizat problemlərinin artıq aviabiletlərin qiymətlərinə təsir göstərdiyini bildirən Fatih Birol deyib:
“İxracın artırılmasını təşviq etmək məqsədilə Nigeriyanın neft naziri ilə görüş keçirəcəyəm. Əgər təklif kifayət qədər artırılmasa, 6–7 həftə ərzində başda Avropa olmaqla bəzi regionlarda ciddi yanacaq qıtlığı yarana bilər”.
Emil İsmayılov BEA Fatih Birol Yaxın Şərq müharibə böhran aviasiya yanacağı Avropa ABŞ Nigeriya