Bakı-Sumqayıt yolundakı yanğın söndürülüb - YENİLƏNİB

Tarix: 15 Mar 2024 19:06

Bakı-Sumqayıt yolundakı yanğın söndürülüb.

APA FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidə quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

***

18:29

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Xəbər Lenti