Hacıqabulda gənc qız kəskin tənəffüs çatışmazlığından ölüb

Tarix: 16 Mar 2024 07:14

Hacıqabulda 23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonunun Atbulaq kənd sakini, 2001-ci il təvəllüdlü Əhmədova Xanımnaz Ceyhun qızı ürək və tənəffüs çatışmazlığından xəstəxanaya aparılarkən yolda keçinib.

Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı Hacıqabul prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər Lenti