Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 16 Mar 2024 10:20
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Buzovna-Bakı yolunun Buzovna qəsəbəsi ərazisində baş verib. Şəhər istiqamətində hərəkətdə olan Rəsuli Türkay Rafik oğlu idarə etdiyi özünə məxsus “Opel” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi olan yerdə yolu sağdan-sola keçmək istəyən piyada Zeynal Zeynalovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq, icraatında istintaq davam etdirilir.