Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 16 Mar 2024 23:17
Xəbər verdiyimiz kimi, Gəncədə avtomobil təmiri sexində baş verən yanğın söndürülüb.
APA-nın yerli bürosunun məlumatına görə, 2500 kv/m ərazisi olan avtomobil təmiri sexinin 220 kv metr dəmir konstruksiyadan ibarət 5 sex yanıb.
Yanğın zamanı 5 sexin təmir avadanlıqları və "Opel" markalı avtomobil yararsız vəziyyətə düşüb. *** 22:44 Gəncədə avtomobil təmiri sexində baş verən yanğın söndürülüb.
APA-nın yerli bürosunun məlumatına görə, yanğın zamanı bir neçə sex və bir avtomobil yanıb.
*** 22:25
Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Həmin ünvanda yerləşən avtomobil təmiri sexində anidən yanğın baş verib.
Dərhal əraziyə hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.




