- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 17.03.2024 23:40
"Mançester Yunayted" İngiltərə kubokunun 1/4 finalında "Liverpul"a qalib gəlib.
APA xəbər verir ki, görüş Mançesterdəki "Old Trafford" stadionunda baş tutub.
Əsas vaxt heç-heçə başa çatıb - 2:2.
Qarşılaşmanın 10-cu dəqiqəsində “Mançester Yunayted” hesabı açıb, Skott MakTominay fərqlənib.
Birinci hissənin sonunda “Liverpul” üç dəqiqə ərzində iki qol vurub: 44-cü dəqiqədə Aleksis Mak Allister Darvin Nunesin ötürməsindən fərqlənib, əlavə vaxtda isə Məhəmməd Salah rəqiblərin qapısına zərbə endirib. 87-ci dəqiqədə Antoni hesabı bərabərləşdirib.
“Liverpul” 105-ci dəqiqədə Harvi Elliottun qolu ilə önə keçib. Yeddi dəqiqə sonra Markus Reşford hesabı bərabərləşdirib və 120+1-də Amad Diallo “Mançester Yunayted”ə qələbə qazandırdı.
İngiltərə Premyer Liqasının (APL) turnir cədvəlində “Liverpul” ikinci yerdədir və birinci yerdə olan London “Arsenal”ı ilə bərabər xala malikdir.
Komandalar hərəyə 64 xal toplayıb, Yurgen Kloppun yetirmələri əlavə göstəricilərdə geridə qalıb. “Mançester Yunayted” 47 xalla altıncı pillədə qərarlaşıb.