Nigeriya millisinin keçmiş hücumçusu vəfat edib

Tarix: 24 Apr 2026 19:06

Nigeriya millisinin keçmiş hücumçusu Maykl Eneramo vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

40 yaşlı veteran futbolçu bu gün yerli yoldaşlıq oyununda meydanda huşunu itirib. Daha sonra futbolçunun ürəktutmasından dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Eneramo karyerası ərzində “Əl-Şabab”, “Beşiktaş”, “Başakşəhər”, “Sivasspor”, “Əl-İttifaq” və “Kardemir Karabükspor” kimi komandalarda çıxış edib.

Nigeriya millisi hücumçu Maykl Eneramo “Beşiktaş”

Xəbər Lenti