“Trabzonspor”la “Fənərbaxça” arasında matçdan sonra 12 nəfər saxlanılıb

Tarix: 18.03.2024 12:09

“Trabzonspor”–"Fənərbaxça” matçından sonra baş verən hadisələrə görə saxlanılanlar var.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, Türkiyə Super Liqasının 30-cu tutu çərçivəsində keçirilən “Trabzonpor” – “Fənərbaxça” oyununun ardından trabzonlu azarkşelərin meydana hücum çəkməsi ilə bağlı 12 nəfər saxlanılıb. Onlar haqqında müvafiq araşdırma başladılıb.

Qeyd edək ki, dünən gecə baş tutan oyun qonaq komanda “Fənərbaxça”nın 2-3 üstünlüyü ilə başa çatıb. Bundan sonra “Trabzonspor” azarkeşləri “Fənərbaxça”lı futbolçulara hücum çəkiblər.

Xəbər Lenti