Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 18 Mar 2024 17:18
Salyan sakini Rusiyada baş verən yol qəzasında ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, martın 17-də axşam İrandan Rusiyaya yük daşıyan TIR Minvodı şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində TIR-ın sürücüsü, Salyan rayonunun Kürkənd kənd sakini, 46 yaşlı Heydərov Elşən Ağamirzə oğlu hadisə yerində ölüb.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.