Şabranda avtoqəza baş verib, xəsarət alanlar var

Tarix: 19 Mar 2024 00:57

Şabran rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, yol nəqliyyat hadisəsi Gəndob-Yalama avtomobil yolunun Şabranın Sincanboyad kəndi ərazisindən keçən hissəsində baş verib.

Yolda nasazlıq səbəbindən dayanan "Vaz 21019" markalı maşına "Toyota" markalı avtomobil çırpılıb.

Qəza nəticəsində 3 nəfər - Şabran rayon sakinləri Rahim Rəhmanov, Çingiz Seyidov və Yaşar Osmanov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlara Şabran rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilir.

Hazırda fakt araşdırılır.

Xəbər Lenti