Sabunçu rayonunda marketin anbarında yanğın olub - VİDEO

Tarix: 19.03.2024 05:35

Bakının Sabunçu rayonunda yerləşən marketin anbarında yanğın olub.

APA xəbər verir ki, hadisə “Zabrat 1” qəsəbəsində “Ayxan” marketdə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 6 texnikası cəlb edilib. Alovun qarşısı alınıb.

Obyektin qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın səbəbindən ətraf ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.

Xəbər Lenti