Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Mar 2024 17:56
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA - nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt - Astara magistralının 186-cı km-də, Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. "VAZ-2106" və "VAZ-21011" markalı maşınların toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.



