Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Mar 2024 18:48
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 1978-ci il təvəllüdlü Davud Sərraf oğlu Nəsirov hadisə yerində ölüb.
2003-cü il təvəllüdlü Mirşahin Malik oğlu Nağızadə, 2003-cü il təvəllüdlü Pərvaz İlham oğlu Mahmudov və 1991-ci il təvəllüdlü Pərviz Şükür oğlu Fətullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə çatdırılıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.
***
17:56
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt - Astara magistralının 186-cı km-də, Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb.
"VAZ-2106" və "VAZ-21011" markalı maşınların toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.



