"Fənərbaxça"da Tedesko ilə yollarını ayırıb

Tarix: 27 Apr 2026 23:45

"Fənərbaxça" baş məşqçi Domeniko Tedesko ilə rəsmən yollarını ayırdı.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu gün idarə heyətinin keçirdiyi iclasdan sonra bir sıra qərarlar verilib.

Yeni alınan qərara görə, Tedeskoyla yanaşı, klubun idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çelebi ilə də yollar ayrılıb.

Komandaya mövsümün geri qalanında köməkçi məşqçi Zeki Murat Göle rəhbərlik edəcək.

ApaSport Fənərbaxça Domeniko Tedesko

Xəbər Lenti