“Beşiktaş” öz meydanında autsayderə qalib gələ bilməyib, “Trabzonspor” məğlub olub

Tarix: 27 Apr 2026 23:37

Türkiyə Super Liqasında XXXI tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.

"Samsunspor" Alanya səfərindən 3 xalla qayıdıb: 3:2.

"Beşiktaş" - "Karagümrük" matçından qol səsi çıxmayıb: 0:0.

Günün maraqla gözlənilən oyununda "Trabzonspor" Konya səfərindən əliboş qayıdıb: 1:2

Qələbə qazanacağı təqdirdə "Fənərbaxça"nı qabaqlayaraq 2-ci pilləyə yüksələcək Qara dəniz təmsilçisi 65 xalda qalıb və bu fürsətdən yararlana bilməyib.

Turnir cədvəlinə 74 xalla "Qalatasaray" başçılıq edir.

"Fənərbaxça" 67 xalla ikinci pillədədir.

ApaSport Türkiyə Super Liqası

Xəbər Lenti