Qubada birmərtəbəli kotec yanıb

Tarix: 20 Mar 2024 21:45

Quba rayonunun Qrızdəhnə kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli kotecin yanar konstruksiyaları yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər Lenti