Qazaxda yol qəzası baş verib, xəsarət alanlar var

Tarix: 21 Mar 2024 08:18

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

Qəza nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Zərərçəkmişlərin vəziyyəti kafi olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti