Ağsuda avtomobil aşıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Tarix: 21 Mar 2024 19:19

Ağsuda avtomobil qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, rayonun Qaraqaşlı kəndi ərazisində “Kia” markalı minil avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Qəza zamanı Ağsu rayon Qarağac kənd sakinləri 2006-cı il təvəllüdlü Abdullayev Murad Ağadur oğlu, 2005-ci il təvəllüdlü Hüseynli İnqilab Müşfiq oğlu və 2006-cı il təvəllüdlü Soltanov Cavid Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

saat 18.57

Ağsuda avtomobil qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, qəza zamanı Ağsu rayon Qarağac kənd sakinləri 2006-cı il təvəllüdlü Abdullayev Murad Ağadur oğlu, 2005-ci il təvəllüdlü Hüseynli İnqilab Müşfiq oğlu və 2006-cı il təvəllüdlü Soltanov Cavid Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti