Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 21 Mar 2024 23:35
Gədəbəyədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kiçik Qaramurad kəndində qeydə alınıb.
Hərəkətdə olan KIA markalı minik maşını yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Elmir Nağıyevi vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.