“Sabah”ı Çempionlar Liqasında hansı rəqiblər gözləyir? - TAM SİYAHI

Tarix: 01 May 2026 19:22

Mövsümü çempion olaraq tamamlayan "bayquşlar" gələn mövsüm UEFA Çempionlar Liqasında çıxış edəcək. Bakı təmsilçisi turnirə I təsnifat mərhələsindən start verəcək.

Hesabında 6.000 xal olan “Sabah” səpələnməmişlər səbətində yer alacaq. Komanda ilk raundda “Selye”, “Şemrok Rovers”, KuPS kimi rəqiblərlə qarşılaşa bilər. II təsnifat mərhələsində isə mübarizəyə “Dinamo Zaqreb” və “Srvena Zvezda” kimi komandalar qoşulacaq.

"Apasport" tam siyahını təqdim edir:

ÇL, I təsnifat mərhələsi

“Selye” (Sloveniya) - 23.000 “Şemrok Rovers” (İrlandiya) – 19.375 KuPS (Finlandiya) – 14.000 “Linkoln Red İmps” (Cəbəllütariq) – 13.500 Bosniya və Herseqovina çempionu – 13.125-13.250 “Vikinqur” (İslandiya) – 11.750 “Kayrat” (Qazaxıstan) – 11.000 “Riqa” (Latviya) – 10.500 “Klaksvik” (Farer adaları) – 10.500 “Flora Tallin” (Estoniya) – 10.000 “Larne” (Şimali İrlandiya) – 9.000 “Nyu Seynts” (Uels) – 9.000 “SABAH” (AZƏRBAYCAN) – 6.000 “Jalgiris” (Litva) – 6.000 Slovakiya çempionu – 6.000-36.000 Macarıstan çempionu – 5.437-51.250 Ukrayna çempionu – 5.182-56.250 Rumıniya çempionu – 5.050-17.500 “İberiya” (Gürcüstan) – 5.000 Moldova çempionu – 4.500-20.000 Bolqarıstan çempionu – 4.212-28.750 Kosovo çempionu – 2.797-13.625 “Tre Fyori” (San Marino) – 2.500 Malta çempionu – 1.800-8.500 Albaniya çempionu – 1.625-7.500 Şimali Makedoniya çempionu – 1.551-10.875 Andorra çempionu – 1.366-7.500 Lüksemburq çempionu – 1.325-8.000 Monteneqro çempionu – 1.316-7.500 “Vitebsk” (Belarus) – 1.325

“Sabah” Çempionlar Liqası

Xəbər Lenti