ÇL: "Qalatasaray" İstanbulda "Mançester Yunayted"lə heç-heçə edib

Tarix: 29.11.2023 23:35

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.

APA xəbər verir ki, A qrupunda "Qalatasaray" (Türkiyə) İstanbulda İngiltərənin "Mançester Yunayted" (İngiltərə) komandasını sınağa çəkib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi ilə "qırmızı şeytan"ların oyunu çox gərgin keçib.

Qarşılıqlı hücum şəraitində keçən oyunda azarkeşlər 6 qol görüb.

Yekunda tərəflər hərəyə bir xalla meydandan ayrılıblar.

B qrupunda keçirilən oyunda isə “Sevilya” (İspaniya) - PSV (Niderland) matçı keçirilib.

Bu oyunda da 5 qol vurulub.

Oyunun yekun hesabında Əndəlüs təmsilçisi məğlub olub.

A qrupu

21:45. "Qalatasaray" - “Mançester Yunayted” 3-3

Qol: Qarnaço 11, B.Fernandes 18, Ziyeç 29;62, Maktominey 55, Aktürkoğlu 71

B qrupu

21:45. “Sevilya” - PSV 2-3

Qol: Serxi Ramos 24, Yusif En Nesyeri 47, İsmail Saibari 68, Pepi 90+2

Xəbər Lenti