Bəzi rayonlara dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Tarix: 02 May 2026 19:51

Azərbaycanın rayonlarında mayın 3-ü gündüzdən 4-ü gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Selcan Zaurqızı Milli Hidrometeorologiya Xidməti hava proqnoz xəbərdarlıq dolu yağış sel

Xəbər Lenti