Azərbaycanlı boksçu Kalininqradda qələbə qazanıb

Tarix: 03 May 2026 17:32

Kalininqrad şəhərində boks üzrə dünya yığması ilə Rusiya millisi qarşılaşıb.

Apasport.az xəbər verir ki, gecədə Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev də rinqə çıxıb.

+90 kq-da dünya yığmasının heyətində yer alan boksçumuz Vladislav Vişevlə üz-üzə gəlib.

Döyüşdə Abdullayev hakimlərin yekdil qərarı ilə qalib gəlib.

ApaSport

Xəbər Lenti