, 3 May, 2026
Tarix: 03 May 2026 18:43
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turniri başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycanın cüdo millisi yarışı 3 bürünc medalla başa vurub.
Bu gün təmsilçilərimizdən Camal Qamzatxanov (+100 kq) və Uşanqi Kokauri (+100 kq) üçüncü pilləyə yüksəliblər.
Bununla da yığmamız turniri 3 bürünc medalla başa vurub.
Qeyd edək ki, daha öncə təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.
ApaSport