, 3 May, 2026
Tarix: 03 May 2026 19:59
Manchester United klubunun keçmiş baş məşqçisi Sir Aleks Ferqyuson xəstəxanaya yerləşdirilib.
Apasport.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilib ki, mütəxəssis "Mançester Yunayted" - "Liverpul" matçını izləmək üçün "Old Trafford"a yollanıb.
O, oyun başlamadan öncə xəstəxanaya yerləşdirilib. Bunun ehtiyat məqsədli olduğu və sabiq baş məşqçinin qısa müddətdə sağalacağı bildirilib.