Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 25 Mar 2024 17:00
Salyanda 5 otaqlı evdə yanğın olub.
FHN-dən APA-ya verilən xəbərə görə, rayonun Sarvan kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.