Kriptobirjada yüksəliş - "Bitcoin"in qiyməti 80 min dolları ötüb

Tarix: 04 May 2026 09:34

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə artım müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, "CoinMarketCap" platformasında bazarın kapitallaşması son 24 saatda 2,27% artaraq 2,65 trln. dollar olub.

“Bitcoin”in qiyməti 2,31% artaraq 80 017,54 dollar təşkil edib. Son 7 gündə isə aparıcı kriptovalyutanın qiyməti 2,51% yüksəlib.

“Ethereum” 3,38% bahalaşaraq 2 380,32 dollara, BNB 2,60% bahalaşaraq 632,17 dollara, “Bitcoin Cash” 1,07% dəyər qazanaraq 448,63 dollara bərabər olub.

Digər kriptovalyutalardan “Zcash” son 24 saatda 9,18%, “Monero” 2,86%, “Bittensor” 0,10% bahalaşıb.

Qızıl əsaslı tokenlərdən kapitalın bir hissəsi çıxaraq daha gəlirli aktivlərə keçməsi onların bazar dəyərinə mənfi təsir edib. Belə ki, “Tether Gold”un qiyməti son 24 saatda 0,04%, “PAX Gold”un qiyməti isə 0,07% azalıb.

Analitiklərə görə, bazar iştirakçıları artımı əsasən “Bitcoin”in 80 min dollar səviyyəsinə çatması ilə bağlı texniki alışların güclənməsi və investor marağının artması ilə əlaqələndirir. Bununla yanaşı, risk iştahasının yüksəlməsi və altkoinlərə kapital axını da ümumi bazar artımını dəstəkləyib.

Rahim Tarıverdiyev bitkoin birja kriptovalyuta bitcoin XRP Cardano Solano

Xəbər Lenti