Çərşənbə axşamı, 5 May, 2026
Tarix: 05 May 2026 10:20
Hərbi qulluqçularımızın iştirakı ilə Türkiyə Respublikasında keçirilən “EFES - 2026” çoxmillətli təliminin hazırlıq məşqləri davam edir.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular müxtəlif poliqonlarda artilleriya və minaatan qurğularından atış çalışmalarını praktiki olaraq icra ediblər. İcra olunan fəaliyyətlər təmsilçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilir.
MN Azərbaycan Türkiyə Respublikası “EFES - 2026” çoxmillətli təlimi hazırlıq məşqləri