Çərşənbə axşamı, 5 May, 2026
Tarix: 05 May 2026 11:23
WUF13 tədbiri ilə bağlı nəqliyyat əməliyyatları üçün rəqəmsal nəqliyyat xəritəsi hazırlanıb. “APA-Economics” xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib.
O bildirib ki, bu xəritə real vaxt rejimində iştirakçılara bütün nəqliyyat planını təqdim edir. Burada rəsmi otellər, nəqliyyat mübadilə mərkəzləri, marşrutlar və onların cədvəlləri barədə məlumatlar yer alır.
V.Aslanov qeyd edib ki, tədbirlə bağlı VAP portalı və yaşıl zolaq sistemi də tətbiq olunub:
“VAP sistemi vasitəsilə nəqliyyat vasitələrinin əraziyə giriş və parklanması tənzimlənir, yalnız icazəsi olan nəqliyyat vasitələri əraziyə buraxılır və sistem dövlət qurumları ilə koordinasiyalı şəkildə işləyir.
Yaşıl zolaq sistemi artıq tətbiq edilir və ümumi uzunluğu 41,5 km-dir. Bu xüsusi zolaqlar mövcud marşrutlara inteqrasiya olunaraq iştirakçıların tıxacsız və fasiləsiz şəkildə tədbir məkanına daşınmasını təmin edəcək”.
“İnklüziv və dayanıqlı nəqliyyat prinsipləri də nəzərə alınıb. Fiziki məhdudiyyətli şəxslər üçün əlçatanlıq həm nəqliyyat mübadilə mərkəzlərində, həm şəhər avtobuslarında, həm də Bakı Olimpiya Stadionu daxilində təmin olunub və onlar üçün uyğun nəqliyyat həlləri hazırlanıb”, - deyə V.Aslanov əlavə edib.
Əşrəf Mehdiyev rəqəmsal nəqliyyat xəritəsi