Lənkəranda maşın 32 yaşlı kişini vuraraq öldürüb

Lənkəranda maşın 32 yaşlı kişini vuraraq öldürüb

Tarix: 30 Nov 2023 10:16

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA - nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında Lənkəran - Boradigah - Masallı yolunda, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. "Opel" markalı minik avtomobili həmin kənd sakini, 1991- ci il təvəllüdlü Xeyrəddin Sübhan oğlu Rəcəbovu vurub. X.Rəcəbov aldığı xəsarətlərdən ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti