Fici sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Tarix: 27 Mar 2024 08:00

Fici adaları sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.y

Yeraltı təkanların episentri 77 min nəfərdən çox əhalisi olan Suva şəhərindən 588 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı yerin 18 kilometr dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər Lenti