Muxtar Babayev: İqlim dəyişiklikləri planlaşdırmanı çətinləşdirir, investisiya risklərini artırır

Tarix: 06 May 2026 10:26

Aprel ayında isə bəzi rayonlarda yağıntı normadan 1,5–3,5 dəfə, Bakıda isə beş dəfə çox olub.

"APA-Eonomics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən "V Aqrobiznesin İnkişafı Forumu"nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, mövsümlərin xarakteri dəyişir, yağıntıların paylanması dəyişir, temperatur pikləri dəyişir. Bu isə planlaşdırmanı çətinləşdirir, investisiya risklərini artırır:

"Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə Selsi təşkil edib. 2025-ci ildə orta temperatur 14,3 dərəcəyə çatıb. Bu isə əvvəlki dövrlərə müqayisədə 1,6 dərəcə yüksəkdir. Ən yüksək orta temperatur isə 2021-ci ildə 16,2 dərəcə təşkil edib, söhbət orta illik dərəcədən gedir. İstilik dalğaları da tez-tez baş verir, daha uzun davam edir".

M. Babayev həmçinin qeyd edib ki, son illərdə Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda isə beş istilik dalğası qeydə alınıb. 2025-ci ildə ən uzun istilik dalğası Şəkidə 14 gün, Bakıda isə yeddi gün davam edib.

İlahə Səlimova Muxtar Babayev iqlim

Xəbər Lenti