Çərşənbə, 6 May, 2026
Tarix: 06 May 2026 12:11
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda dövlət qurumları arasında keçirilmiş 3x3 basketbol və voleybol yarışlarında yüksək nəticələr əldə etmiş FHN komandalarının üzvləri ilə görüş keçirilib.
FHN-dən APA-ya verilən xəbərə görə, qalib idmançılarla görüşən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qazanılmış uğurlu nəticələrə görə komandaların üzvlərini təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, dövlət qurumlarının voleybol komandaları arasında keçirilən yarışda FHN-in həm kişilərdən, həm də qadınlardan ibarət komandaları əzmkar mübarizə apararaq çempion adını qazanıblar. Mayın 2-də dövlət qurumlarının əməkdaşları arasında keçirilən 3x3 basketbol yarışında da Nazirliyin kişilərdən ibarət komandası 1-ci yerə, qadınlardan ibarət komanda isə 3-cü yerə layiq görülüb.
Qalib komandalar yarışların təşkilatçısı olan Gənclər və İdman Nazirliyinin təsis etdiyi kubok, diplom və medallarla təltif olunublar.
FHN İdman-sağlamlıq klubu qalib komandalar basketbol voleybol yarış






