Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Tarix: 06 May 2026 15:34

Mayın 6-sı saat 15:00-a olan faktiki hava açıqlanıb.

APA Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 6-sı saat 15:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. Daşkəsən rayonunun yüksək dağlıq ərazilərinə və Şahdağda qar yağır.

Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, Bərdə, Ağdam, Tərtər, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmirdə yağış yağır.

Göygöl, Zaqatala, Balakən, Şəki, Qax (Sarıbaş), Qəbələ, Şamaxı, Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 200 m-dək məhdudlaşır.

hava faktiki hava yağış şimşək

Xəbər Lenti