Yaşar Güler Azərbaycanın müdafiə sənayesi sektorundakı tərəqqidən danışıb

Tarix: 06 May 2026 16:56

Azərbaycan “SAHA” müdafiə sənayesi sərgisinə hər il daha keyfiyyətli məhsullarla qatılır.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler İstanbulda keçirilən “SAHA 2026” müdafiə sənayesi sərgisində jurnalistlərə açıqlamasında bildirib.

O, Türkiyə olaraq bundan çox məmnun olduqlarını vurğulayıb.

“Azərbaycanın bundan sonra da daha təkmilləşdirilmiş hərbi məhsullarla növbəti sərgilərdə iştirakı bizi məmnun edəcək”, - nazir vurğulayıb.

Yaşar Güler Azərbaycanın hərbi təyinatlı məhsullarının nümayiş olunduğu stendi də ziyarət edib.

Dəryanur Cəfərova Yaşar Gülər Türkiyənin milli müdafiə naziri

Xəbər Lenti