Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 27 Mar 2024 21:44
Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zurnabad kəndində qeydə alınıb.
2006-cı il təvəllüdlü Nihat Mirzəyev bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralı dərhal əməliyyat edilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.