Bazar, 31 May, 2026
Tarix: 08 May 2026 01:04
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Apasport.az xəbər verir ki, hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
“Aston Villa” öz meydanında “Nottingham Forest”lə qarşılaşıb. İlk görüşdə minimal hesabla məğlub olan ev sahibləri bu dəfə azarkeşlərini sevindirə bilib. Unai Emerinin komandası rəqibini 4 cavabsız qolla darmadağın edərək finala yüksəlib.
Digər görüşdə isə “Frayburq” “Braqa” üzərində 3:1 hesablı qələbə qazanaraq adını finala yazdırıb.
UEFA Avropa Liqası Yarımfinal mərhələsi Cavab oyunları
23:00. "Aston Villa" - "Nottingem Forest" 4:0
(İlk oyun 1:2)
23:00. "Frayburq" - "Braqa" 3:1
(İlk oyun 0:1)
ApaSportMənbə: apa.az