UEFA Konfrans Liqası: Finalçılar bəlli olub

UEFA Konfrans Liqası: Finalçılar bəlli olub

Tarix: 08 May 2026 01:01

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az xəbər verir ki, baş tutan iki matçdan sonra finalçılar bəlli olub.

"Strasburq" "Rayo Valekano"nu qəbul edib. Görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" səfərdə "Kristal Pelas"la üz-üzə gəlib. 3 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub - 2:1.

7 may UEFA Konfrans Liqası Yarımfinal, cavab oyunları

23:00. "Strasburq" (Fransa) – "Rayo Valekano" (İspaniya) 0:1 (İlk oyun - 0:1)

23:00. "Kristal Pelas" (İngiltərə) – "Şaxtyor" (Ukrayna) 2:1 (İlk oyun - 3:1)

ApaSport

Mənbə: apa.az

Xəbər Lenti