Bazar ertəsi, 21 Sentyabr, 2026
Tarix: 08 May 2026 16:29
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub.
APA xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Qurultayın keçiriləcəyi məkan hələlik məlum deyil.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib.
İlkin Naib Azərbaycan Kinematoqrafçılar İttifaqı AKİ sədr Rasim BalayevMənbə: apa.az