Kriptobirjada artım- “Bitcoin"in qiyməti yenidən 80 min dolları ötüb

Tarix: 09 May 2026 09:58

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə artım müşahidə olunub. Bazarın ümumi kapitallaşması 1,41% artaraq 2,69 trilyon ABŞ dollarına çatıb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap”də bazarın ən böyük kriptovalyutası olan “Bitcoin”in qiyməti son 24 saatda 0,88% artaraq 80 440 ABŞ dolları olub. “Bitcoin”in bazar kapitallaşması 1,61 trilyon dollar təşkil edib.

Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan “Ethereum”un qiyməti 1,48% artaraq 2 316 ABŞ dollarına yüksəlib. “Ethereum”un bazar dəyəri 279,6 milyard dollar olub.

İlk beşlikdə yer alan BNB-nin qiyməti 1,87% artaraq 651,5 dollara çatıb.

Bundan başqa, “Monero”nun qiyməti 4,31%, “Bittensor”un qiyməti 2,48%, “CoinMarketCap 20 Index” isə 1,74% artıb.

Bununla belə, qızıla bağlı tokenlərdən “PAX Gold”un qiyməti 0,17% azalaraq 4 706,6 dollar, “Tether Gold”un qiyməti isə 0,24% azalaraq 4 700,7 dollar olub.

Analitiklərə görə, kriptovalyuta bazarında artıma ABŞ-Çin ticarət danışıqları ilə bağlı optimizmin güclənməsi, riskli aktivlərə tələbin artması və institusional investorların “Bitcoin” və “Ethereum”a marağının davam etməsi dəstək verib.

Rahim Tarıverdiyev kripto kriptovalyuta bitkoin bitcoin Ethereum CoinMarketCap

Xəbər Lenti