Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 29 Mar 2024 18:39
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb. Qəza nəticəsində 1965-ci il təvəllüdlü Bəsti Ələkbərova, 1988-ci il təvəllüdlü Məqsəd Məmmədov və daha bir nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub, xəsarət alanlar xəstəxanaya aparılıb.