Bakı-Xankəndi veloyürüşünün ikinci mərhələsi başa çatıb

Tarix: 11 May 2026 13:32

Bakı-Xankəndi veloyürüşünün ikinci mərhələsi başa çatıb.

Apasport.az xəbər verir ki, bu raundda idmançılar "Sea Breeze"dən start götürməklə İsmayıllıya qədər 193,3 km məsafə qət ediblər.

Mərhələnin qalibi Qazaxıstanın “Astana” komandasını təmsil edən Yevgeniy Federov olub.

İsveçrəli Aleksandr Balmer ikinci, uruqvaylı Erik Antonio Faqundez üçüncü yeri tutub.

Qeyd edək ki, ilk mərhələ Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko qalib gəlib.

Bakı-Xankəndi veloyürüşü

Xəbər Lenti