Bakıda meksikalı rəssam Jazzaomartın əsərləri nümayiş etdirilir - FOTO

Tarix: 12 May 2026 18:21

Bakıda “JAZZAMOART-Rəssamlığın Caz Nəfəsi” adlı fərdi sərginin açılışı keçirilib.

APA xəbər verir ki, Meksika səfirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə meksikalı rəssam Jazzaomartın əsərləri nümayiş etdirilir.

Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero sərginin xalqlar arasında mədəni əlaqələrə töhfə verdiyini bildirib.

Onun sözlərinə görə, sərgi Azərbaycan və Meksika müasir incəsənəti arasında davam edən mədəni dialoqu genişləndirir və bunu mədəniyyətlərarası mübadilə üçün universal platforma kimi təqdim edir.

Bildirilib ki, meksikalı rəssam Jazzamoart müasir Latın Amerikası rəssamlığının ən diqqətçəkən və özünəməxsus simalarından biridir.

Qeyd edilib ki, onun yaradıcılığı caz estetikasına əsaslanan davamlı bir dialoq üzərində qurulub, əsərləri musiqinin təsviri deyil, əksinə, onun vizual qarşılığı kimi çıxış edərək cazın ritmik axınını, daxili gərginliyini və emosional dərinliyini rəssamlıq müstəvisində ifadə edir.

Qeyd edək ki, sərgi may ayının 15-nə qədər davam edəcək.

Toğrul Quluzadə Meksika səfirliyi Meksika səfiri rəssam

Xəbər Lenti