“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlanıb - VİDEO

Tarix: 14 May 2026 11:35

AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlanıb.

Bu barədə APA-ya televiziyadan məlumat verilib.

Bidirilib ki, ekran əsəri Ağqoyunlu hökmdarı Uzun Həsənin hakimiyyət dövrünü, həyat yolunu və hərbi uğurlarını əks etdirir. Filmdə həmçinin Sara Xatunun siyasi fəaliyyəti və dövlətçilik rolu da təqdim olunur.

Qeyd edək ki, “Uzun Həsən” Azərbaycan televiziya məkanında tam süni zəka texnologiyası ilə hazırlanmış ilk tarixi filmdir.

AzTV Uzun Həsən film

Xəbər Lenti