Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 31 Mar 2024 11:56
Ucarda piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun 20 Yanvar küçəsində qeydə alınıb.
İsrayıl Əli oğlu Rzayev idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə yolu keçən piyada, 2016-cı il təvəllüdlü Adıgözəlli Yusif Kənan oğlunu vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər azyaşlının vəziyyətinin orta-ağır olduğunu bildirirlər.
Zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra o, Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib.