Bazar ertəsi, 21 Sentyabr, 2026
Tarix: 16 May 2026 16:23
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mayın 17-də “Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək.
Bundan başqa, AZCON Holding-in stendində (D15) dəmir yollarının urbanizasiyanın inkişafındakı roluna həsr olunmuş rəqəmsal təqdimatları olacaq.
“Şəhərlərin dəmir yolu vasitəsilə transformasiyası” mövzusunda daha bir infosessiya isə mayın 19-da təşkil ediləcək.
Qeyd edək ki, ADY 17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13 ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.
APA-Economics WUF13 WUF13Azerbaijan Baku2026 WorldUrbanForum ADYMənbə: apa.az